Qeyri-neft sektoruna kapital qoyuluşu bu qədər artıb

16:23 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoruna kapital qoyuluşu 8789,7 mln. manata çatıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5% artım deməkdir.

“Yüksək templi iqtisadi artımda investisiyaların əhəmiyyətli rolu var” – deyə nazir bildirib.

 

Вся лента