Daha bir sahibkara 2 milyon manat güzəştli kredit verilib

16:27 - 28.12.2022


28 dekabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu Siyəzəndə fəaliyyət göstərən sahibkar Vüqar Qardaşova 2 milyon manat güzəştli kredit ayırıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter səhifəsindən bildirib.

Nazir qeyd edib ki, güzəştli krediti taxıl anbarı kompleksinin genişləndirilməsi layihəsi üzrə ayrılıb.

Вся лента