16:25 - 12.06.2018
12 iyun, Fineko/abc.az. “TurStat” analitik agentliyi bu il MDB ölkələrində açıq havada keçiriləcək ən yaxşı festivalların reytinini təqdim edib.
“TurStat”ın məlumatına əsasən, Minskdə (Belarus) keçiriləcək “Rok za Bobrov”, Bakıda (Azərbaycan) keçiriləcək “Jara” və Almatı vilayətində (Qazaxıstan) keçiriləcək “FourЭ” festivalları, MDB ölkələrində Rusiya turistləri arasında məşhur olan açıq havada keçirilən musiqi festivallarının ilk üçlüyünə daxildir.
Reytinq, festivalların davamlılığının təhlili əsasında aparılıb.
“Jara” üçüncü musiqi festivalı Xəzər dənizinin sahilində Bakıda “Sea Breeze” kurortu ərazisində 26 iyul tarixindən 29 iyul tarixinə qədər keçiriləcək. “Jara-2018” festivalının proqramında EMIN, Qriqori Leps, Loboda, Leninqrad, A'Stusio, Artik & Asti, Alekseyev, Burito, Valeri Meladze, Yeqor Krid və digərləri iştirak edəcəklər. “Jara- 2018” fanzonaya giriş təxminən 30 dollardır, oturaq yerlərə bilet isə 50 dollardan 300 dollar təşkil edir. Ötən il “Jara” festivalını 10 min nəfərdən çox adam ziyarət etmişdir.
2018-ci ilin yayında MDB məkanında ən məşhur üç “open-air” festivalı:
1. “Rok za Bobrov”, Minsk: 4 avqust
2. “Jara”, Bakı: 26-29 iyul
3. “FourЭ”, Almatı: 17-19 avqust
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
16 Апрель 2024