Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər

17:13 - 12.06.2018


12 iyun, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində  “Latviya Dəmir Yolu” SC-nin   prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin  başılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin  daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra İkitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi aparılıb.

“Latviya Dəmir Yolu” SC-nin  prezidenti – idarə heyətinin sədri Edvins Berzinş çıxış edərək ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Вся лента