Məktəblilər internetdə olan təhlükələrdən müdafiə ilə bağlı maarifləndirilib

19:04 - 12.06.2018


12 iyun, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar keçirib.

Sözügedən  tədbir  Şamaxı, Hacıqabul, Sabirabad məktəblərində bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin davamı olaraq təşkil olunub.

İnteraktiv şəkildə aparılan seminarda internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub.

Tədbirdə bildirilib ki, “Aztelekom” MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi “informasiyanın filtrlənməsi” rolunu oynayan xidmət sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına neqativ təsir edən veb səhifələr istifadəçilər tərəfindən filtrasiya edilir. Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytların  girişinə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət  səhifələrə girişi məhdudlaşdırır.

Qeyd edək ki, “Aztelekom” MMC bu istiqamətdə tədbirlərin təşkilini davam etdirməyi nəzərdə tutur.

 

 

 

Вся лента