Məhkəmə sahəsində yeni islahatlar - Detallar

10:13 - 13.01.2023


13 yanvar, Fineko/abc.az. Azərbaycanda məhkəmələrə yeni hakimlərin təyinatının bəzi detalları açıqlanıb.

Məhkəmə-Hüquq Şurasından ABC.AZ-a verilən məlumata görə, bu sahədə islahatların başlandığı 2019-cu ildən indiyədək 1200-dək hakimliyə namizəd arasından seçim edilib.

Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vuran 83 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin edilib. 300-dən çox namizəd isə seçim prosesinin müxtəlif mərhələsindədir. Hazırda onlardan 33 nəfəri imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında tədrisə cəlb edilib.

40 nəfər hakimliyə namizəd isə artıq həmin təlim mərhələsini bitirib. Məhkəmə-Hüquq Şurası bu namizədlərin hər biri ilə Qaydalara uyğun olaraq söhbətlər keçirib və ixtisaslaşmaları aparılaraq münasib hakim vəzifələrinə təyin edilmələri üçün dövlət başçısına təkliflər verilib. Üiyyətlə, son dövrlər aparılmış təyinatlar nəticəsində hakim korpusunda yeni nəsil hakimlərin sayı 80 faizi ötüb.

Eyni zamanda yeni təyinat alanların 50 faizə qədərini qadınlar təşkil edir.

Вся лента