Bu il ilk dəfə pensiyaçılara ödəniş belə veriləcək

12:27 - 17.01.2023


17 yanvar, Fineko/abc.az. Bu il ilk dəfə olaraq pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də əlavə edilərək ödəniləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bu il pensiyaçılara yardımın aylıq, yoxsa rüblük ödəniləcək sualına belə cavab verib: “Bu aydan pensiya məbləğinə hesablanan 16,7 manat əvvəlki ildə verilən yardımın 2023-cü ildən pensiya məbləğlərinə əlavə olunmasıdır.

Belə ki, “Əmək Pensiyası” haqqında qanuna bu ildən edilən dəyişikliklərə əsasən yardımlar pensiya məbləğinə əlavə olunaraq hər il indeksasiya olunacaq. Bu ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır. Yəni, məbləğindən asılı olmayaraq pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib. Bu aylıq 16,7 manat deməkdir (200 manat/12 ay=16,7 manat).

Bu isə o deməkdir ki, 16,7 manat məhz ötən ilki yardım artıq aylıq məbləğə əlavə olunmasıdır. Bu baxımdan artıq yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur. Bu halda 300 manat pensiyaya alan vətəndaşımıza yanvar ayında 316,7 manat ödəniləcək. Amma bu indeksiyaya olunaraq artırılmış məbləğ deyil.

Qeyd edək ki, xüsusi qulluqla pensiyaya çıxmış vətəndaşlar üçün yardım onların pensiyasının 10 faizi miqdarında idi. Oxşar mexanizm həmin vətəndaşlarımıza da şamil edilir”.

Вся лента