ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini daha uzadıb

14:20 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) ötən il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi 1 milyard avro depozitin müddətini daha 5 ay uzadıb.

ABC.AZ xəbər verir ki, bunu Fonddan bildiriblər.

"ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində depozitin müddətinin sabit gəlirli qiymətli kağızlar bazarının yaxın gələcək üçün mümkün perspektivi də nəzərə alınaraq daha 5 ay müddətinə uzadılmasına qərar verilib", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, sözügedən depozit ötən ilin yanvar ayında 6 ay müddətinə yerləşdirilmişdi, iyulda isə onun müddəti ilin sonuna qədər (5 ay) uzadılmışdı.

Вся лента