Azərbaycan Dövlət Gömrük Komitəsi 4,5 ton narkotik vasitə müsadirə edib

16:23 - 13.06.2018


13 iyun, Fineko/abc.az. 2016-cı ildən etibarən Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük qanunvericiliyinin pozulmasına dair 19 346 fakt qeydə alıb.

Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin müdiri Əzizağa Hüseynov bildirib ki, onlardan 1505-i cinayət tərkiblidir.

“Aşkar edilmiş 416 fakt narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. 2016-cı ildən bu günədək gömrük işçiləri 4,549 ton narkotik vasitə, o cümlədən 1,877 ton heroin müsadirə etmişlər”, - deyə Ə.Hüseynov bildirib.

Onun sözlərinə görə, həmçinin, ölkədən xarici valyutanın, o cümlədən 3,742 min dollar və 465 min avro, 40 kq qızıl və 50 kq gümüşün qeyri-qanuni çıxarılmasının  da qarşısı alınıb.

 

Вся лента