Ümumi Daxili Məhsul 4 faizdən çox artıb – Mikayıl Cabbarov

15:05 - 23.01.2023


23 yanvar, Fineko/abc.az. Azərbaycanda ümumi daxili məhsulun dinamikasında müsbət meyillər davam edir.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, 2022-ci ildə ümumi daxili məhsul 2021-ci ilə nisbətən 4,6 faiz artaraq 133 milyard 825,8 milyon manat olub. Bu göstərici qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat təşkil edib.

 

Вся лента