Türkiyədə 3,2 manata olan dərman Azərbaycanda 39,4 manata satılır – Əli Məsimli

16:15 - 24.01.2023


24 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli xaricdəm gətirilmiş dərmanların qiymətləri ilə bağlı narahatlığını bildirib.

ABC.AZ xəbər verir ki, deputat xüsusilə dərmanların bahalaşmasının ailə büdcəsinə güclü zərbə vurduğunu bildirib:

“İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəyəm. Türkiyədə qiyməti 3,2 manata olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunun qarşısını, düşünürəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.

Вся лента