“Sosna” şirkəti məhkəməyə verildi

14:54 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. “Sosna” QSC-yə gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə  Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Məhkəmə ilə əlaqəli baxış iclası 01.02.2023, saat 14:50 təyin edilib.

Вся лента