Azərbaycanda bağlanmış bankın BMW-si 50 min manata satışa çıxarılıb

16:54 - 27.01.2023


27 yanvar, Fineko/abc.az. 21 fevral 2023-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq Əmanətlərin Sığortalanması Fonduna məxsus nəqliyyat vasitələrinin açıq hərracda satışı elan edilib.

ABC.AZ xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondu və “Dəmirbank” ASC-nin nəqliyyat vasitələri çıxarılır.

Əmanətlərin Sığortalanması Fondunun nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca 100% dəyərində təqdim olunur; “Dəmirbank” ASC-nin nəqliyyat vasitəsi ilk dəfə 100% dəyərində hərraca təqdim olunur.

 Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.

Вся лента