Azərbaycan Mərkəzi Bankı bu il ərzində uçot dərəcəsini üçüncü dəfə endirdi

10:39 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci il ərzində uçot dərəcəsini üçüncü dəfə endirdi.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, uçot dərəcəsi 11%-dən 10%-ə qədər endirilib, faiz dəhlizinin yuxarı və aşağı həddi  +/- 2% təşkil edəcək.

12 fevral 2018-ci il tarixində Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 15%-dən 13%-ə endirdi. Aprelin 9-da isə uçot dərəcəsi ikinci dəfə 13%-dən 11%-ə endirildi.

 

 

Вся лента