Azərbaycan neftinin qiyməti düşür

10:57 - 14.06.2018


14 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,21 dollar (0,27%) düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,97 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  keçən ticarətin yekunlarına (66,36 dollar) qarşı  0,28 dollar (0,42%) yüksəlib və 66,64 dollar/barelə təşkil edir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti keçən ticarətin yekunlarına (75,88 dollar) qarşı  0,86 dollar (1,13%) bahalaşıb və 76,74 dollar / barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 10,10 dollar / barelə təşkil edir.

 

 

Вся лента