500 manatı almaq üçün bu sənədlər lazımdır - Siyahı

17:20 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Azərbaycanda dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən edilib.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Bildiyiniz kimi, müavinətin məbləği 500 manatdır.

Tələb olunan sənədlərin siyahısı aşağıdakılardır:

•      Dəfni təşkil edən şəxsin şəxsiyyət vəsiqəsi

•      Vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsi

•      Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

•      Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

Вся лента