Bu tənzimləmə qıtlıqla nəticələnə bilər – Xidmət rəisi

16:30 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin məqsədi sahibkarlardan qiymətləri icbari şəkildə endirməyi tələb etmək deyil.

ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xidmətin rəisi Məmməd Abbasbəyli deyib.

O, bildirib ki, Dövlət Xidməti həm adi günlərdə, həm də bayram günlərində əsas ərzaq məhsulları və əsas tikinti məhsulları üzrə həftəlik və günlük monitorinqlər aparır. M. Abbasbəyli dünyadakı təcrübəyə əsaslanaraq qeyd edib ki, bu tənzimləmə qıtlıqla nəticələnə bilər:

"Biz monitorinqlər nəticəsində qeyri-adi "qiymət oynamaları"nı aşkar etmək və bu aşkarlamaların yoxlanılması nəticəsində həmin bazarda hökmran mövqeyə malik subyekt varsa, onun tərəfindən qiymət manipulyasiyasının olub-olmamasına baxırıq. Belə bir manipulyasiya yoxdursa, deməli bazarda qiymət iqtisadi düsturlar və tələb-təklif şərtləri əsasında formalaşıb".

Вся лента