Bu agentlik ƏDV və gömrük güzəştləri nəticəsində 436,4 milyon manatdan çox qənaət edib

17:14 - 1.02.2023


1 fevral, Fineko/abc.az. ƏDV və gömrük güzəştləri nəticəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parkları bu günədək 436,4 milyon manatdan çox qənaət edib.

ABC.AZ xəbər verir ki, bu barədə fevralın 1-də İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli mühitin formalaşdığını qeyd edib.

"Beləliklə, sənaye parklarının rezidentləri qeydiyyat tarixindən etibarən 10 il ərzində əmlak vergisindən, torpaq vergisindən və gəlir vergisindən azad olur, 10 il müddətində istehsalat məqsədləri ilə texnika, texnoloji avadanlıq və qurğular gətirdikdə ƏDV-dən və gömrük rüsumlarından azad olur (gömrük rüsumundan azad olma müddəti 2023-cü il 1 yanvar tarixindən etibarən tətbiq olunur)", - o deyib.

Вся лента