Asiya İnkişaf Bankı Azərbaycana və Gürcüstana sərhəddə yeni gömrük postu tikməyə dəstək göstərəcək

15:40 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Azərbaycan-Gürcüstan sərhəddində Asiya İnkişaf Bankının dəstəyi ilə yeni gömrük postu inşa ediləcək.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Səməd Qaralov jurnalistlər üçün “Azərbaycan gömrüyü - bu gün və sabahkı çağırışlar” mövzusunda keçirilən seminarda bildirib ki, tərəflər artıq bu barədə razılığa gəlib və müvafiq icazələr alınıb.

“Yeni gömrük-buraxılış məntəqəsi Azərbaycanın Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində inşa ediləcək”, - deyə S.Qaralov bildirib.

Onun sözlərinə görə, yeni məntəqə Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə tikiləcək.

 

 

Вся лента