2018-ci ildə Azərbaycanın Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 2,430 milyard manat keçirəcək

13:06 - 25.10.2017


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) büdcə proqnozlarının icrası prosesinə nikbin yanaşır.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, gələn il üçün gömrük rüsumlarının proqnozu 2,430 milyard manat həcmində təyin edilmişdir.

“Bu göstərici, cari il ilə müqayisədə, 180 milyon manat daha çoxdur. Bu gün, gömrük komitəsi artıq cari ilin proqnozundan dövlət büdcəsinə 2,130 milyard manat keçirdib. Buna görə, biz həm cari, həm də gələn ilin büdcəsinin icrasına nikbin yanaşırıq”, - deyə A.Əliyev  bildirib.

Onun sözlərinə görə, gələn il üçün büdcə proqnozunun icrasının təmin edilməsi məqsədi ilə artıq işlər aparılır, xüsusilə, spirtli içkilərə və tütün məmulatlarına aksiz vergisinin yüksəlməsi haqqında məsələyə baxılır.

 

Вся лента