Mərkəzi Bank yeni depozit hərracını iyunun 20-nə təyin etdi

21:30 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı barədə elan edib.

AMB-in məlumatına görə, hərrac çərşənbə günü, iyunun 20-də keçiriləcək.

“Hərrac vasitəsilə 8,01% – 9,99% dərəcə üzrə 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitlər 12 gün müddətinə cəlb olunacaq”, - məlumatda belə deyilir.

AMB-in depozit hərracı “Bloomberg” ticarət platformasında keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən keçirilir.

 

Вся лента