Bayram günləri ərzində banklar gücləndirilmiş iş rejimində çalışacaq

11:57 - 15.06.2018


15 iyun,Fineko/abc.az. Ramazan bayramı və Milli Qurtuluş Günü  ilə əlaqədar olaraq cari ilin 15-19 iyun tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Bayram günləri ərzində ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat faydalana bilmələri üçün 22 bankın 57 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bankların Bakı şəhərində yerləşən 8 filial və şöbəsi isə 24 saat çalışacaqdır.

Palatanın əməkdaşlarından ibarət olan xüsusi monitorinq qrupu bayram günlərində, həmçinin fəaliyyət göstərərək yarana biləcək hər hansı problemlə əlaqədar ölkə vətəndaşlarının və qonaqların müraciətlərini qəbul edəcəkdir.

Əlaqələndirici şəxs: Azər İsgəndərov

E-mail:  [email protected]

Mob: (+994) 55 500 82 22

Qeyri-iş günləri ərzində valyuta mübadiləsi əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirəcək bankların filial və şöbələrinin siyahısı 

Вся лента