13:49 - 25.10.2017
“Fall Creators Update”in çıxması ilə birlikdə “Microsoft” korporasiyası istifadəçilər üçün yeni imkanlar təqdim edir. Təkmilləşdirilmiş oyunlar, yaradıcılıq üçün əlavələr və zərərli proqram və boşluqlardan qorunmaq üçün yeni müdafiə səviyyələri.
Yenilənmiş “Windows 10 Fall Creators Update” artıq əlçatandır. Bu, “Windows 10”un sayca ikinci yenilənməsidir ki, burada ilk öncə yaradıcı insanlara ünvanlanmış, həmçinin adi istifadəçilər üçün də nəzərdə tutulmuş bir çox maraqlı həllər mövcuddur.
Yeni dizayn
“Microsoft Fluent Design System” faktiki olaraq “Windows”un yeni simasını yaradır. Bu, irimiqyaslı yenilənmədir və yeni dizayn konsepsiyasına uyğun əməliyyat sisteminin bütün elementlərini kökündən dəyişdirmək üçün bir qədər vaxt tələb olunacaq. Dizaynın əsasını sistemin digər komponentləri, o cümlədən işıq, təsvirin dərinliyi, animasiya, materialların reallığı və miqyaslama ilə qarşılıqlı əlaqə yaradan “akril” təşkil edir.
“Story Remix”
İndi “Foto” əlavəsi avtomatik olaraq sizin video və fotolarınızı kinematoqrafiya keçidləri, musiqi və mövzularla xatirə videoçarxlarına (“Memories”) birləşdirə bilir. Video və fotoya 3D-obyektlərinin də əlavə etmək mümkündür ki, bu da “Facebook” üçün maraqlı dərclər hazırlamağa yardım edəcək.
“My people”
Yeni “My people” interfeysi vaxta qənaət edir və istifadəçiyə birbaşa olaraq “Windows 10”un panelindən kontaktlara daxil olmağa imkan verir
“OneDrive Files on Demand” (“OneDrive”ın “İlkin fayllar”ı indi sorğu ilə)
Bu funksiya qurğuda yerə qənaət etməyə və fayllara lazım olduqda baxmağa imkan yaradır. Bütün faylları “OneDrive”a yükləmək əvəzinə sözügedən funksiya onları istifadəçiyə lazım olduqda yükləyəcək.
“Pick Up Where You Left Off” (dayandığınız yerdən başlayın)
Sözügedən funksiya əlavədə və ya kompüterdə veb-saytda sənəd üzərində işə başlamağa, sonra isə, misal üçün, telefonda davam etdirməyə imkan verir.
Quraşdırılmış emoji seçimi və yeni klaviatura
“Windows 10”da yeni emojiləri seçmək üçün quraşdırılmış alət yaradılacaq ki, onu açmaq üçün “WIN+.” və ya “WIN+” düymələrinə basmaq lazımdır. Bununla yanaşı, “Microsoft” korporasiyası “Fall Creators Update”ə emojilərin proqnozlaşdırılması funksiyasını, bir əl ilə yazmaq rejimini, əlyazmaları daxil etmək üçün yeni təkmilləşdirilmiş paneli və digər yenilikləri əlavə edib. Yenilənmədə, həmçinin, mətnin ayrılmaz daxiletməsini dəstəkləyən yeni sensor klaviatura da yaradılacaq.
“Windows 10 Fall Creators Update” – yeni funksional nöqteyi nəzərdən kifayət qədər iri bir yenilənmədir. “Microsoft” əməliyyat sisteminə bir çox kiçik təkmilləşmələr əlavə edib ki, aşağıda onlardan ən əhəmiyyətliləri qeyd olunub:
19 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
17 Апрель 2024