ABŞ-da sərgidə atışmada 20 nəfər yaralanıb

18:39 - 17.06.2018


17 iyun, Fineko/abc.az.  Amerika Birləşmiş Ştatlarının Nyu Cersi ştatının Trenton şəhərində yerləşən "Art All Night" sərgisində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 20 nəfər yaralanıb.

Fineko/abc.az.  Ria Novosti agentliyinə istinadla xəbər verir ki, atəş açmaqda şübhəli bilinən şəxs ölüb. Hadisə yerli vaxtla gecə saat 3 radələrində baş verib.

Merser rayonunun prokuroru Ancelo Onofri bildirib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər, həmçinin atışmada digər şübhəli şəxs tutulub.

Вся лента