Azərbaycan hökuməti sığorta sektorunda müvəqqəti inzibatçılığın tətbiqi imkanlarını nəzərdən keçirir

11:36 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarında yeni tənzimləyici alətlərin tətbiq edilməsini təklif edir.

Palatanın icraçı direktoru İbrahim Alışov VI Sığorta Konfransı zamanı bildirib ki, təkliflər artıq hökumətə təqdim olunub.

“Palata sığorta sektorunda müvəqqəti inzibatçılığın  tətbiqi ilə bağlı hökumətə təkliflər təqdim edib ki, bu da dalğalanmaların qarşısını alacaq”, - deyə İ.Alışov bildirib.

 

 

 

Вся лента