Bakının ümumtəhsil məktəblərinə qəbul proqnozu 85% çoxdur

12:16 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın ümumtəhsil məktəblərinin birinci sinfinə qəbulun ikinci mərhələsinin başlanacağını elan etdi.

İdarənin məlumatında deyilir ki, birinci mərhələdə  məktəblərə 42 min nəfərdən çox uşaq qəbul olunub. “Bu göstərici paytaxtdakı dövlət ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur”, - məlumatda belə deyilir.

 

 

Вся лента