Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək

17:30 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Qəbul iyunun 28-də, saat 10:00-da Şəki şəhəri, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prosp., 174 ) keçiriləcəkdir.

Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. 

Qəbul iyun ayının 28-də, saat 10:00-da Şəki şəhəri, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prosp., 174 ) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala, Balakən, Oğuz rayon Təhsil şöbələrində 21 – 27 iyun 2018-ci  il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

 

 

Вся лента