Bakıda 14 avtobus marşrutunun traektoriyası dəyişdirilir

11:04 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) Silahlı Qüvvələrin yaradılmasının 100-cü ildönümünə həsr olunacaq hərbi parada hazırlıqla bağlı marşrutların trayektoriyasının dəyişilməsi haqqında xəbərdarlıq edir.

BNA-in məlumatında deyilir ki, 24-26 iyun tarixlərində  1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 saylı marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Hərbi parad iyunun 26-da keçiriləcək.

 

Вся лента