BP şirkəti Azərbaycanın Energetika Nazirliyində 2035-ci ilə qədər proqnozların təqdimatını keçirib

11:30 - 26.10.2017


Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin məlumatında deyildiyi kimi, BP şirkətinin Rusiya və MDB  ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov BP-nin “2017-cı il üçün Statistik Təhlili” və “Enerji Perspektivlərinə Baxışı-2035” adlı hesabatlarını təqdim edib.

“BP-nin proqnozlarına görə, yaxın bir neçə ildə neftə tələbat tədricən artacaq. Neft enerji resursu kimi 2040-cı ilədək öz aparıcı mövqeyini qoruyub saxlayacaq. Lakin dünyada yeni trendlərin, texnoloji dəyişikliklərin gələcək perspektivlərdə neftin həlledici rolunu zəiflətməsi də labüddür”, - hesabatda belə deyilir.

Görüş gedişatında nazir Pərviz Şahbazov BP-nin dünya energetika bazarında, həmçinin Azərbaycanda mövqeyinin əhəmiyyətini qeyd etdi və bildirdi ki, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni razılaşmanın imzalanması bu əməkdaşlığın uzunmüddətliliyini təmin edəcək.

Məlumatda həmçinin deyilir: “Qəri Counz energetika layihələri çərçivəsində yerinə yetirilmiş işlərdən danışdı və Energetika Nazirliyi ilə BP arasında sıx əməkdaşlığın zəruri olduğunu qeyd etdi”.

 

Вся лента