AMB bazar ertəsi günü depozit hərracı keçirəcək

15:03 - 22.06.2018


22 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsini elan edib.

AMB-in məlumatında deyilir ki, hərrac 25 iyun 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.

“Hərrac vasitəsi ilə 8,01% – 9,99% dərəcə üzrə 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb olunacaq”, - deyə məlumatda bildirilir.

AMB 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərracları keçirir.

 

 

Вся лента