İyunun 23-də gözlənilən hava haqqında təfərrüatlar

15:04 - 22.06.2018


22 iyun, Fineko/abc.az. Sabah, iyunun 23-də Bakıda və Abşeronda hava yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 20-23, gündüz 30-34,  Bakıda gecə 20-22, gündüz 32-34 dərəcəyə yüksələcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 50-55%, gündüz 35-40% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 23-də hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcəyə yüksələcək.

 

Вся лента