İndi Azərbaycan hərbçiləri logistikaya tam nəzarət edirlər - Kommersant

14:42 - 25.04.2023


25 aprel, Fineko/abc.az. Laçın dəhlizində Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsi qurulması o deməkdir ki, indi Azərbaycan hərbçiləri logistikaya tam nəzarət edirlər. İrəvan bu tədbirin cavabında yalnız hiddətlənə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetində material dərc edilib.

“Ermənistan məntəqə qarşısında qalıb. Azərbaycan Qarabağı tam nəzarətə götürməyə yaxınlaşır” sərlövhəli məqalədə qeyd edilir ki, nəzarət-buraxılış məntəqəsi qurulması həm İrəvanda, həm də Qərbdə və Rusiyada narahatlığa səbəb olub. Lakin bu qəbildən olan bəyanatlar Bakıya ciddi təsir göstərməyib.

Nəşrin Rusiya dövlət strukturlarındakı müsahibinin, – regionda vəziyyətlə yaxşı tanış olan şəxsin, - fikrincə, hadisələrin bu cür gedişi qanunauyğun haldır. Onun sözlərinə görə, Bakını narazı salan məqam ondan ibarətdir ki, 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanat imzalanandan bəri Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası, eləcə də kommunikasiya məsələləri (o cümlədən Naxçıvana dəhliz açılması kimi prinsipial məsələ) əvvəlki vəziyyətdə qalıb. Nəşrin müsahibi deyib: “Bu səbəbdən mümkün qədər təzyiq göstərirlər”.

Вся лента