Qulaqda qaşınma səbəbləri

15:58 - 25.06.2018


25 iyun, Fineko/abc.az. Qulaqda qaşınma dərinin xarici zərərli faktorlara (toz, yuxarı/aşağı temperatur, rütubət, xlorlu su və s) qarşı normal cavab reaksiyasıdır, əgər bu hal daimi xarakter daşımırsa!!!!!

Əgər qaşıntı davamlı yaranırsa bu bir çox ciddi xəstəliklərin ilk əlaməti ola bilər:

Şəkərli diabet. Toxumalarda mikrosirkulyasiya və trofiki pozğunluq nəticəsində diabetin ilk simptomu kimi meydana çıxa bilər. Pozulmuş mübadilə prosesləri nəticəsində yaranan toksinlər dəridəki reseptorları qıcıqlandıraraq qaşıntıya səbəb olur.

‘’ Böyrək qaşıntısı”. Xroniki ( kəskin deyil) böyrək çatışmazlığı olan xəstələrdə ifrazat funksiyasının pozulması ilə əlaqədar meydana çıxır. Belə qaşıntının dəqiq səbəbi məlum deyil. Lakin böyrəyin işi pozulduqca qaşıntı da artır və paroksizmal ( qəfləti) xarakter daşıyır.

Öd daşı xəstəliyi.  Xolestaz nəticəsində bütün bədəndə və eləcədə qulaqda dözülməz qaşıntı yaranır.

Göbələk xəstəliyi. Qulaq keçəcəyinin göbələyi çətin müalicəyə tabe olan xəstəlikdir. Göbələk tək keçəcəyi deyil, yayılaraq təbil pərdəsini də əhatə edə bilir. Belə halda tək qaşınma ilə yanaşı ağrı, eşitmənin zəifləməsi, küy də yarana bulər.

Psixogen qaşınma. Nevroloq və ya psixoterapevtin konsultasiyası mütləqdir.

Dəri xəstəlikləri ( dermatit, psoriaz, ekzema).

Allergiya ( Şampun və ya bədən gelinə, kosmetikaya, qulaqcıqlara, eşitmə aparatına və s).

Demodeks gənəsi.

Xarici otit, travma.

Вся лента