Yapi Kredi Bank Azərbaycanin Internet bankçiliq məhsulu üzrə may ayinda dövriyyə rekord həddə çatib

10:42 - 27.06.2018


Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq Məhsulu üzrə rekord göstərici qeydə alınıb. Belə ki, hər ay artım tempi ilə dövriyyələrin keçdiyi və müştərilərin tərcih etdiyi Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq məhsulu üzrə May ayında ümumi dövriyyə 100 milyon manatı keçmişdir.

Bu barədə şərh edən Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədri Cenk Yüksel: “Bizim üçün müştərilərimizin rahatlığı və onlara sərhədsiz xidmət təklif etməyimiz önəmli faktordur. Bunun üçün də,  İnternet Bankçılıq məhsulumuzu daim inkişaf etdirərək müştərilərimizin öz zamanlarını daha səmərəli istifadə  etməsinə zəmin yaradırıq. Gələcəkdə də yeni innovativ məhsullarla müştərilərə rahatlıq yaratmağa davam edəcəyik.” şəklində açıqlama verdi.

Qeyd edək ki, dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq Məhsulunu 5 ildir ki müştərilərinin istifadəsinə təqdim edib. “Xidmətdə Sərhəd Yoxdur” sloqanı ilə fəaliyyət göstərən bank müştərilərinin rahatlığını hər zaman düşünərək İnternet Bankçılıq Məhsulu ilə Bank daxili,Ölkə daxili və ölkə xarici pul köçürmələri, konvertasiya əməliyyatları, vergi ödənişləri, Worldcard və kredit borc ödəmələri, kommunal ödənişləri, depozit hesabı açmaq, maaş ödənişləri, kütləvi pul köçürmələri, kütləvi vergi ödənişləri etmək imkanlarını tanıyır. Bankın bu və digər məhsulları ilə bağlı məlumat almaq üçün *0444 Yapı Kredi Telefon Mərkəzinə və ya www.yapikredi.com.az internet səhifəsinə müraciət etmək mümkündür.

 

Вся лента