“Azəri Light” markalı neft bahalaşır

10:31 - 28.06.2018


28 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  2,7 (3,54%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,95 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin avqust ayının fyuçersi, 27 iyun tarixli ticarətin  nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 26-da – 70,53 dollar) 2,23 dollar (3,16%) yüksələrək  72,76  dollar/barelə təşkil edib.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, 27 iyun tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (26 iyun – 76,31 dollar) 1,31 dollar (1,72%)  bahalaşaraq bir barelə 77,62 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi   azalır və 27 iyun tarixli ticarətin  nəticələrinə əsasən 4,86 dollar / barelə təşkil edir.

 

Вся лента