AVRONEST Parlament Assambleyasının 7-ci sessiyasıda “ASAN xidmət” modeli təqdim olunub

10:40 - 28.06.2018


İyun ayının 24-dən 28-dək AVRONEST Parlament Assambleyasının 7-ci sessiyası keçirilib.

Plenar sessiyada Azərbaycandan deputatlardan ibarət nümayəndə heyəti, digər üzv dövlətlərin nümayəndələri, Aİ-nın bir sıra qurumları, beynəlxalq və yerli QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Brüsseldə  keçirilən sessiya çərçivəsində Avropa  İttifaqı  və  Şərq  Tərəfdaşlığı  ölkələrində  təhlükəsizlik  çağırışları, insan hüquqları və demokratiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, bu ölkələrə  xarici  investisiyaların qoyulması, qeyri-rəsmi əmək  məsələlərinin həlli və işçilərin sosial  təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Sessiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” modeli və “ASAN xidmət” çərçivəsində reallaşdırılmış layihələrlə bağlı məlumat verilib.

Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.

Daha sonra sessiyada müzakirə olunan mövzulara toxunularaq bildirilib ki, müzakirə mövzusu olan məsələlərlə bağlı daimi olaraq Azərbaycanda müsbət yöndə islahatlar aparılır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi sessiyada müzakirə olunan qeyri-rəsmi əmək  məsələlərinin həlli və işçilərin sosial təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yaradılıb. Mərkəz əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirir.

Sonda Dövlət Agentliyi tərəfindən vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatlar çərçivəsində həyata keçirilən “ASAN Viza” , “ASAN kommunal”, “ASAN ödəniş”  “ASAN Radio”,  “ABAD”  və s. layihələr haqqında geniş məlumat verilib.

Вся лента