Bakı məktəblisi II Robot Olimpiadasının qalibi olub

10:42 - 28.06.2018


Paytaxt məktəblisi Məktəblilərarası II Robot Olimpiadasının qalibi olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) 287 nömrəli “Zəkalar” liseyinin XI sinif şagirdi İlknur Mustafazadə olimpiadanın “Drone Racing” kateqoriyası üzrə yarışa qatılıb.

Belə ki, İ.Mustafazadə dronun mükəmməl idarəolunması üzrə 20-dən çox məktəb şagirdi ilə bərabər qalibiyyət uğrunda mübarizə apararaq III yerə layiq görülüb.

Məktəbli diplom, sertifikat, medal və hədiyyələrlə mükafatlandırılıb.

Dörd kateqoriyadan ibarət yarşın keçirilməsinin əsas məqsədi məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir.

Qeyd edək ki, bu, İ.Mustafazadənin ilk uğuru deyil. Belə ki, məktəbli ötən il ev əşyalarını (işıq, kondisioner, jalüz, telefon və s.) avtomatik idarə etmək üçün nəzərdə tutulan “Smart home” qurğusunu da hazırlayıb. Məktəbli, həmçinin, 6 qanadlı dron layihəsinin üzərində çalışır.

 


Вся лента