“Netflix” yeni ödəniş cədvəli hazırlayıb - Ayda əlavə 8 dollara bunu da etmək olacaq

14:56 - 24.05.2023


24 may, Fineko/abc.az. “Netflix” hər kəsi təəcübləndirəcək yeni planını açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət parol paylaşan ABŞ müştəriləri üçün yeni ödəniş cədvəli hazırlayıb.

Belə ki, bundan sonra “Netflix” istifadəçiləri ayda əlavə 8 dollara hesab məlumatlarını paylaşa biləcəklər.

Böyük Britaniyada bu ödəniş 5 funt sterlinq olaraq müəyyən edilib.

Digər tərəfdən, bu seçimlərin yalnız standart və premium plandan istifadə edən müştərilərə verildiyi bildirilib.

Müəllif: Elmir Murad

Вся лента