Azərbaycanda idxal və ixrac əməliyyatlarının monitorinq sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planı təsdiq edilib

11:06 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev idxal-ixrac əməliyyatlarının nəzarət sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planını təsdiq edib.

Tədbirlər planına ixrac malların ilkin elektron bəyannaməsi, “bir pəncərə” sisteminə qoşulmuş dövlət qurumları arasında sənəd dövriyyəsinin təkmilləşdirilməsi, eyniləşdirmə metodu ilə  mal və nəqliyyat vasitələrinin birgə nəzarəti daxildir.

Planda, həmçinin, vergi və gömrük rüsumlarından azad olma faktlarına nəzarət mexanizmin hazırlanması,  rüsumsuz ticarət mağazalar üzərində nəzarətin təşkilində vergi orqanlarının iştirakının təmin edilməsi, xarici ticarət əməliyyatlarının iştirakçıları barəsində risklərin idarə edilməsi sisteminin təşkili, aqrar məhsullarının ixrac prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulub.

 

 

Вся лента