Şahin Mustafayev Azərbaycan Respublikasının ÜTT-yə üzvolması prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupun rəhbəri Valter Vernerlə görüşüb.

22:33 - 28.06.2018


28 iyun, Fineko/abc.az. Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər və kompleks islahatlar barədə məlumat verərək, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora təşviq mexanizmlərinin tətbiqinin genişləndirilməsi sahəsində görülən işləri, məqsədyönlü islahatlar nəticəsində dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu vurğulayıb. Görüşdə qeyd edilib ki, Azərbaycan ÜTT-yə üzv olmaq istiqamətində qurumla əməkdaşlıq edir, Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya, Azərbaycan üzrə İşçi Qrupu yaradılıb və mütəmadi olaraq görüşlər keçirilir.

təsdiq edilmiş “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” çərçivəsində 20 normativ-hüquqi akt qəbul olunub. Azərbaycan qanunvericiliyinin ÜTT tələblərinə uyğunlaşdırılması istəqamətində işlər davam etdirilir.
Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev bildirib ki, işgüzar dairələrin nümayəndələri, tələbələr və s. üçün seminarlar, dəyirmi masalar təşkil olunur, Azərbaycan Dövlət İqtisad Univesitetində ÜTT Maarifləndirmə Mərkəzi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının ÜTT-yə üzvolması prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupun rəhbəri Valter Verner əlverişli iqtisadi-coğrafi mövqeyə, neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın qazandığı sosial-iqtisadi uğurları yüksək qiymətləndirdiyini vurğulayıb və ÜTT-yə üzvlüklə bağlı danışıqların davam etdirildiyini qeyd edib.

Görüşdə ÜTT-yə üzvolması barədə danışıqların gedişi ilə bağlı müzakirələr aparılıb.

 

Вся лента