İyulun 1-dən Bakı Metropoliteni yay qrafikinə keçir və hərəkət intervalını 6 dəqiqə artırır

12:20 - 29.06.2018


29 iyun, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC 1 iyul tarixindən sərnişin axınının azalması ilə əlaqədar yay qrafikinə keçir.

QSC-in məlumatında deyilir ki, yeni qrafikə əsasən, qatarların sayı azaldılacaq ki, bu da intervalın cüzi artırılmasına səbəb olacaq.

“İnterval 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq. Sərnişinlərin az olduğu səhər və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət təşkil ediləcək. “28 May” stansiyasında yol, “İçərişəhər” və “Dərnəgül” istiqamətinə ayrıldığına görə, interval 6 dəqiqə və daha çox olacaq”, - məlumatda belə deyilir.

Məlumatda eyd edilir ki, yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədədir.

 

 

Вся лента