İyulun 1-dən etibarən Azərbaycanda qida təhlükəsizliyinə nəzarət mexanizmini dəyişdirilir

17:02 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi aktiv fəaliyyətə hazırlaşır.

Agentliyin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib ki, 1 iyul tarixindən etibarən agentlik baytarlıq və fitosanitar sahələrdə qida təhlükəsizliyinin dövlət nəzarətini həyata keçirməyə başlayır.

“Qida məhsullarının dövlət qeydiyyatı şəhadətnamələrinin reyestri ASAN xidmət mərkəzləri tərəfindən təmin olunacaq. Hələ ki dövlət qeydiyyatı aparılmayıb və sahibkarlar gigiyena sertifikatları alaraq, öz fəaliyyəti ilə məşğul olublar, lakin  indi bu sertifikatlar ləğv edilib”, - deyə Q.Təhməzli bildirib.

Onun sözlərinə görə, sahibkarlar ixrac olunan məhsullar üçün qida təhlükəsizliyi sertifikatı alacaqlar. Müəssisələrdə istehsal olunan məhsullar risk qrupunun müəyyən edilməsi üçün, beynəlxalq ekspertizaya cəlb olunacaq.

 

Вся лента