Dünya Bankı TANAP layihəsinin reallaşdırılması üçün 750 milyon dollar həcmində sindikatlaşdırılmış kredit ayırıb

10:13 - 2.07.2018


2 iyul, Fineko/abc.az. “Cənub Qaz Dəhlizi” QSC  750 milyon dollarlıq  sindikatlaşdırılmış kredit cəlb edib.

QSC-dən xəbər verildiyi kimi, kredit, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi üçün Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) zəmanəti ilə verilmişdir.

“Azərbaycan Respublikasının dövlət təminatı və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin təminatına əsasən, “Cənub Qaz Dəhlizi” QSC-nə 500 milyon dollar və 215 milyon avro, cəmi 750 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit  və zəmanət müqavilələri imzalanmışdır.   Azərbaycan Respublikası adından kredit müqaviləsi üzrə  dövlət zəmanəti ilə bağlı müqaviləni maliyyə naziri Samir Şərifov, Kredit müqaviləsini  isə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev imzalayıb”, - deyə məlumatda bildirilir.

 

Вся лента