Bu gün Bakı-Quba-Rusiya sərhədi yolunda yol nişanları çəkiləcək

11:41 - 2.07.2018


2 iyul, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi yollarda təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görür.

Dövlət Agentliyinin məlumatında deyilir ki, Bakı-Quba-Rusiya sərhədi yolunda yol nişanlarının çəkilməsi  üzrə işlər aparılacaq.

“İşlər “VAZ” dairəsindən “Xırdalan” dairəsinə qədər hər iki istiqamətdə aparılacaq. İşlər axşam saatlarına qədər davam edəcək”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, bu gün axşam saatlarına qədər həmçinin Bakının Binəqədi rayonundakı Hüseyn Seyidzadə küçəsində yol nişanları çəkiləcək.

 

Вся лента