KPMG Azərbaycan və MBNP Azərbaycanda maliyyə bazarı üçün BMHS 9 mövzusunda seminar keçiriblər

10:14 - 3.07.2018


29 iyun tarixində KPMG Azərbaycan şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə birlikdə JW Marriott Absheron otelində Azərbaycan Respublikasının bankları və maliyyə təşkilatları üçün BMHS 9 standartının tətbiqi mövzusunda seminar keçiriblər.

Seminar zamanı KPMG-nin mütəxəssisləri – KPMG Rusiya və MDB ölkələrində Maliyyə Risklərinin İdarə edilməsi Departamentinin Rəhbəri Maykl Kuniş və KPMG Azərbaycan şirkətində Baş Audit Meneceri Nəsibə Muradxanova BMHS 9-un əsas konsepsiyalarını, BMHS 9 və BMUS 39 arasındakı əsas fərqləri, BMHS 9-un Avropa  və MDB ölkələri banklarında tətbiqinin təsirini, eləcə də MDB ölkələrinin müxtəlif banklarında bu məsələ üçün seçilmiş yanaşmanı nəzərdən keçiriblər.

Tədbirdə Azərbaycanın 25 bankını təmsil edən 50-dən artıq nümayəndə iştirak edib. Təqdimatdan sonra keçirilən interaktiv sual-cavab sessiyası zamanı KPMG-nin mütəxəssisləri qonaqlarla birlikdə BMHS 9-un əsas elementlərini nəzərdən keçirib və maliyyə bazarı üçün spesifik nümunələri və praktik situasiyaları bölüşüblər.

 

Вся лента