Bakıda bəzi metro stansiyaları və svetoforlar işləmir

10:19 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat sistemində enerji təchizatı ilə bağlı problemlər səbəbindən mümkün  mənfi amillərin qarşısını almaq üçün müvafiq tədbirlər görür.

BNA-in məlumatında deyilir ki, bütün səylər əsasən sərnişin daşınması ilə bağlı problemlərin qarşısının alınmasına yönəlmişdir.

“Elektrik təchizatı ilə bağlı problemlər səbəbindən “Avtovağzal” metro stansiyası işləmir, bununla əlaqədar bu istiqamətdə fəaliyyət göstərən avtobusların sayı artırılır. Sərnişin sıxlığının qarşısını almaq üçün, Sumqayıt şəhərindən və yaxın ərazilərdən “Avtovağzal” stansiyası istiqamətində hərəkət edən 142 və 91 saylı marşrutların “Memar Əcəmi” stansiyası istiqamətində hərəkət edir. 158 və 130 saylı marşrutlar “20 Yanvar” metro stansiyasına qədər hərəkət edir”, - məlumatda belə deyilir. 

Məlumatda deyilir ki, ölkə regionlarının yolların normal hərəkətini təmin etmək üçün tədbirlər görülür. Svetoforlar və tənzimlənən yol kəsişmələri nəzarət altına alınıb. Svetoforlar qismən bərpa edilib. “Bakı Nəqliyyat Agentliyi” sürücülərə olduqca ehtiyatlı və diqqətli olmasını tövsiyə edir, çünki svetoforlar bəzi küçələrdə və prospektlərdə hələ də  işləmir”, - məlumatda belə deyilir.

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir Su Elektrik Stansiyasının transformatorlarından biri sıradan çıxmış, nəticədə bütün ölkə enerjisiz qalmışdır. Elektrik təchizatı qismən bərpa olunub.

 

Вся лента