AtaBank-ın “Gələcəyimizi indidən düşünək” sosial layihəsində növbəti addımı/Foto

12:17 - 3.07.2018


3 iyul, Fineko/abc.az. “AtaBank” ASC-nin dəstəyi ilə təşkil edilmiş “Gələcəyimizi indidən düşünək” layihəsi çərçivəsində, 11 saylı internat məktəbinin şagirdləri bankın Azadlıq pr. 124, ünvanında yerləşən “Dostluq” filialına dəvət edilib. Keçirilən görüş zamanı “AtaBank”-ın Marketinq və Kommunikasiyalar Departamentinin əməkdaşları şagirdləri ümumi bank işi ilə tanış edərək, onlara bankın müxtəlif şöbə və departamentlərinin gördüyü işlər, bankın müştərilərinə göstərdiyi xidmətlər barəsində geniş məlumat veriblər.

Departamentin direktoru Oruc İbrahimov şagirdlərlə görüş keçirərək onları maraqlandıran suallara cavab verib, təhsilin insan həyatında oynadığı böyük roldan, bütün çətinliklərə baxmayaraq hər bir insanın öz üzərində daim işləyərək nail ola biləcəyi hədəflərdən danışıb və bir neçə ildən sonra bank sahəsində işləmək arzusunda olan şagirdlərlə eyni bankda çalışacağına inandığını qeyd edib. Oruc İbrahimov AtaBank-ın daim sosial layihələrə önəm verdiyini, bu kimi layihələrə dəstək olmağından qürur duyduğunu xüsusi ilə vurğulayıb.

Qeyd etmək istərdik ki, layihə çərçivəsində İyul ayının əvvəlində yekun tədbiri keçiriləcək və burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi olacaq.


Вся лента