Alüminium istehsal edən Gəncə Det-Al Alüminium kompleksinin normal işi bərpa edildi

12:42 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Gəncə Det-Al Alüminium kompleksində elektrik enerjisinin verilməsində kəsintilərlə bağlı mənfi nəticələr aradan qaldırıldı.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir ki, qeyri-neft sektorunda böyük əhəmiyyət kəsb edən müəssisənin  bütün 1100 işçisi hazırda öz iş yerlərindədir.

“Alüminium istehsal edən kompleks hazırda normal rejimdə fəaliyyət göstərir”, - məlumatda belə deyilir.

 

Вся лента