“Azexport.az” yanvar-may aylarında 27,7 milyon dollarlıq sifarişlər qəbul edib

14:29 - 3.07.2018


3 iyul, Fineko/abc.az. “Azexport.az” ixrac portalı yanvar-may aylarında 27,7 milyon dollarlıq sifariş qəbul edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalına əsasən, 2017-ci ilin yanvar ayından 2018-ci ilin mayın 31-nə qədər dünyanın 95 ölkəsindən 725,2 milyon dollarlıq ixrac sifarişləri daxil olub.

İcmalda həmçinin “Azexport.az” portalının “Google Market Finder” sisteminə qoşulduğu haqqında informasiya təqdim edilib. “Bir pəncərə” İxraca Dəstək Mərkəzi iyun ayında hüquqi və fiziki şəxslərə 400-dən çox sertifikat təqdim edib. Qeyri-neft ixrac rəsmiləşdirilməsinin 10%-dən çoxu “Bir pəncərə” vasitəsilə həyata keçirilir.

 

Вся лента