Halitoz (pis ağız qoxusu) və səbəbləri

15:10 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir. Halitoz daimi və ya periodik olaraq -məsələn,acqarına və ya qida qəbulundan sonra insanı narahat edir. Halitoz həm stomatoloji, həm də daxili orqanların müxtəlif pozğunluqları nəticəsində yarana bilər.

Halitozun səbəbləri:

•          Karies və ağırlaşmaları (pulpit, periodontit və s)

•          Ağzın selikli qişasının iltihabi xəstəlikləri

•          LOR-orqanların patologiyaları (sinusit, laringit, traxeit, rinit)

•          Ağızda quruluq –ağız suyunun az ifraz olunması ağız boşluğunda özünü təmizləmə işinin pozulmasına və bakteriyaların sürətlə artmasına səbəb olur.

•          Ağızla nəfəs alma- ağızın selikli qişasının qurumasına və pis qoxuya səbəb olur.

•          Mədə-bağırsaq xəstəlikləri

•          Parazitlər (qurd invaziyası)

•          tənəffüs yollarının infeksiyaları-ağ ciyərlərin absesi, bronxoektazlar

•          Ağız boşluğunun gigiyenasının düzgün aparılmaması

•          Stomatoloji konstruksiyalara (körpü, protez) qeyri düzgün qulluq

•          Şəkərli diabet xəstələri (aseton qoxusu)

•          Böyrək çatışmazlığı (balıq qoxusu)

•          Qaraciyər çatışmazlığı.

•          Zərərli vərdişlər - siqaret çəkmə, alkoqoldan istifadə etmək və qastronomik həvəslərimiz (soğan və sarımsaq qoxulu qida , bir dəfəyə hədsiz çox yemək) səbəb ola bilər.

•          Bəzi dərman preparatları

•          Aclıq

•          Stress

Nə etməli?

Hər yeməkdən sonra dişlərinizi yuyun. Dişarasından qida qalıqlarını təmizləyin. Protez istifadə edirsinizsə buna daha çox diqqət yetirməniz gərəkdir. Çoxlu su için. Ən azı ildə iki dəfə stomatoloqda profilaktik müayinədə olun. Halitoza səbəb daxili orqanların xəstəlikləridirsə mütləq mütəxəssisə müraciət edin.

Вся лента